
GARMOOSHA PUA-sı MILSAR SAR/MTI radarı ilə uçacaq
“Meteksan Savunma” şirkətinin MILSAR SAR/MTI radarı ADASI (“EDGE Group”un tərkibinə daxildir) şirkətinin GARMOOSHA pilotsuz uçuş aparatına (PUA) inteqrasiya ediləcək.
“Poliqon” xəbər verir ki, bunun üçün IDEX-2025 sərgisində “Meteksan Savunma” və ADASI şirkətləri arasında müqavilə imzalanıb.
Bu müqavilə GARMOOSHA PUA-nın potensial hədəflərin aşkarlanması və izlənməsi üçün müxtəlif hərəkətli hədəf aşkarlama rejimlərinə sahib olan MİLSAR radarı ilə istifadəsinə imkan verəcək. Həmçinin MİLSAR radarı yüksək ayırdetmə və istənilən hava şəraitində görüntüləmə, hədəf təsnifatı və yerin xəritələşdirilməsi üçün SAR rejiminə də malikdir.
ADASI tərəfindən hazırlanan GARMOOSHA, ISR missiyaları üçün nəzərdə tutulmuş yüksək texnologiyaya malik fırlanan qanadlı pilotsuz uçuş aparatıdır. O, həm də öz sinfində tamamilə Birləşmiş Ərəb Əmirliklərində istehsal edilən ilk pilotsuz uçuş aparatı olmaq xüsusiyyətinə sahibdir.