GBU-39/B kiçik diametrli bombaların Polşaya satışı təsdiq olunub

GBU-39/B kiçik diametrli bombaların Polşaya satışı təsdiq olunub

ABŞ Dövlət Departamenti 180 milyon dollar dəyərindəki GBU-39/B kiçik diametrli bombaların Polşaya satışını təsdiq edib.

“Poliqon” xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) məlumat yayıb.

Bildirilib ki, sifarişə 1400 ədəd GBU-39/B kiçik diametrli bombanın və digər sistemlərin satın alınması, eləcə də onlara təmir, texniki xidmət və logistika dəstəyinin göstərilməsi daxildir.

Sözügedən sifarişin baş podratçısı ABŞ-ın “Boeing” şirkəti olacaq.

CATEGORIES