
“Raytheon” AIM-9X raketlərinin istehsalı üçün ABŞ HDQ ilə müqavilə imzalayıb
“Raytheon” şirkəti AIM-9X Block II raketlərinin istehsalı üçün ABŞ Hərbi Dəniz Qüvvələri (HDQ) ilə 1.1 milyard dollarlıq müqavilə imzalayıb.
“Poliqon” “Raytheon”a istinadən xəbər verir ki, bu, proqram üçün verilən ən böyük müqavilədir.
Qeyd edilib ki, sözügedən müqavilə AIM-9X istehsalının illik 2500 ədəd raketə qədər artırılmasını nəzərdə tutur.