
“Kalaşnikov” konserni dövlət müdafiə sifarişi çərçivəsində istehsal edilmiş KUB süzən sursatlarını Rusiya Silahlı Qüvvələrinə təhvil verib.
“Poliqon” “Kalaşnikov”a istinadən xəbər verir ki, bu, KUB-ların 2025-ci il üzrə çatdırılan ilk partiyasıdır.
KUB süzən sursatı düşmənin taktiki dərinliyində tək və ya qrup halda yerləşən zirehli texnikasını məhv etmək üçün nəzərdə tutulub. Gecə-gündüz və küləyin sürəti 10 m/s-ə qədər olan vaxtlarda istifadə edilə bilən süzən sursatın idarəetmə sistemi real vaxt rejimində komandaların ötürülməsinə imkan verir.
Hazırda Rusiya hərbçiləri xüsusi hərbi əməliyyat zonasında KUB-lardan aktiv şəkildə istifadə edir.
Xatırladaq ki, “Kalaşnikov” konserni bu il KUB süzən sursatlarının istehsalını əhəmiyyətli dərəcədə artıracaq.




