Gələcəyin döyüşçüləri: Türkiyə yerüstü robotların atəş sınaqlarını keçirib
Türkiyə pilotsuz uçuş aparatlarında (PUA) əldə etdiyi uğurları dəniz və quru vasitələrində də davam etdirməyə qərarlıdır.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı İsmail Dəmir özünün sosial media hesabında bildirib.
“Orta Sınıf 1 Səviyyə İnsansız Quru Nəqliyyat Vasitələri Layihəsi çərçivəsində başladığımız prototip yarışması fəaliyyətlərimiz davam edir.
Aselsan, Best Grup, Elektroland və Havelsan şirkətləri tərəfindən istehsal olunan İKA insansız quru nəqliyyat vasitələrinin müayinə və hərəkət qabiliyyətləri testlərindən sonra 7.62 mm silah sistemi ilə atəş sınaqları da keçirildi.
Bundan sonra keçirləcək avtonom və performans testlərindən sonra, gələn ay prototip yarışıması başa çatdırılacaq”, – deyə SSB başqanı İsmail Dəmir vurğulayıb.