Xəbərlər
General-mayor Abbasəli Novruzov son mənzilə yola salınıb – VİDEO

Azərbaycan sərhəd mühafizəsinin inkişafında mühüm xidmətləri olmuş, “Şöhrət” və “Azərbaycan Bayrağı” ordenli general-mayor Abbasəli Ramazan oğlu Novruzovun dəfn mərasimi keçirilib.
DSX-nin Mətbuat Mərkəzindən “Poliqon”a verilən məlumata görə, Hərbi Memorial Məzarlıqda keçirilən mərasimdə mərhumun ailə üzvləri, Dövlət Sərhəd Xidməti və Müdafiə Nazirliyinin rəhbər heyəti, hərbi qulluqçular, veteran sərhədçilər, dövlət qurumlarının əməkdaşları, eləcə də
ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdə mərhumun xatirəsi ehtiramla yad edilmiş, ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib.







