
GÖKBEY helikopteri Səudiyyə Ərəbistanında birgə istehsal olunacaq
Türkiyənin TUSAŞ şirkəti T625 GÖKBEY çoxməqsədli helikopterinin Səudiyyə Ərəbistanında birgə istehsalına dair Səudiyyə Ərəbistanının İnvestisiya Nazirliyi və Hərbi Sənayelər Qurumu (GAMI) ilə Anlaşma Memorandumu imzalayıb.
Bu barədə “Poliqon” TUSAŞ şirkətinə istinadən xəbər verib.
Qeyd edək ki, T625 GÖKBEY helikopteri TUSAŞ tərəfindən yerli və milli imkanlar hesabına hazırlanıb. 12 nəfər sərnişin tutumuna malik çoxməqsədli helikopterin ümumi uçuş ağırlığ 6 ton, maksimum sürəti 306 km/saat, xidmət tavanı 20.000 fut və uçuş müddəti isə 3.8+ saatdır. Xarici yanacaq çəni ilə 5 saatdan çox havada qala bilən GÖKBEY maksimum 948 kilometr məsafəyə uça bilir.

TAGS Manşet


