
GÖKSUR HHM sisteminin dəniz şəraitində ilk atış sınağı həyata keçirilib
ASELSAN şirkəti və TÜBİTAK SAGE mərkəzi tərəfindən birgə inkişaf etdirilən GÖKSUR hava hücumundan müdafiə (HHM) sisteminin atış sınağı həyata keçirilib.
“Poliqon” ASELSAN-a istinadən xəbər verir ki, HHM sistemin dəniz şəraitində keçirilən ilk atış sınağı uğurla tamamlanıb.
Qeyd edək ki, “Göksur” HHM sistemi dəniz platformalarında istifadə edilmək üçün nəzərdə tutulub. O, aşağı hündürlükdəki hava təhdidlərinin zərərsizləşdirilməsi üçün təyin edilib. Sistem döyüş təyyarələrini, helikopterləri, PUA-ları, qanadlı və gəmi əleyhinə raketləri məhv etmək imkanına malikdir. IIR başlıqlı raketlərdən istifadə edən GÖKSUR HHM sisteminin məhvetmə mənzili 15 kilometrdir.
TAGS Manşet