Griffin-B raketinin RAM-dan atışları test edildi

ABŞ-ın Hərbi-Dəniz Qüvvələrləri ilk dəfə RAM (Rolling Airframe Missile) işəsalma qurğusundan Raytheon şirkətinin istehsalı olan Griffin-B raketinini atışını həyata keçirib. Bu barədə “AzeriDefence” Raytheon şirkətinin mətbuat mərkəzinə istinadən məlumat verib.

Raytheon şirkətinin Aviasiya Silah Sistemləri üzrə vitse-prezidenti Harri Şulte (Harry Schulte) bildirib ki, Griffin quldurlar tərəfindən istifadə edilən kiçik və sürətli gəmilər və başqa qeyri-ənənəvi təhlükələrdən müdafiə üçün nəzərdə tutulub.

Ötən ilin sonlarından başlamış sınaqlar zamanı Griffin 3 kilometr uzaqlıqda hərəkətsiz hədəfə yerüstü işəsalma qurğusundan atılıb. GPS və lazer başlıqla yönəldirilən raket düz düşmə ilə hədəfi vurub.

Hazırda Griffin raketinin Griffin A modeli C-130 Harvest Hawk təyyarəsindən atışlarda istifadə olunur. Griffin B isə helikopterlərdən, təyyarələrdən və yerüstü buraxılış qurğularından atılır.

Griffin B raketinin uzunluğu 43 düym, çəkisi 33 funt, döyüş başlığının çəkisi 13 funt təşkil edir.

KATEQORIYA: