HAVELSAN DBDS-P sistemi “TCG Preveze” sualtı qayığına quraşdırılıb

HAVELSAN DBDS-P sistemi “TCG Preveze” sualtı qayığına quraşdırılıb

HAVELSAN şirkəti tərəfindən hazırlanan DBDS-P sualtı məlumat yayma sistemi Türkiyənin “Preveze” sinif sualtı qayığına inteqrasiya edilib.

Bu barədə “Poliqon”a HAVELSAN şirkətindən məlumat verilib.

Məlumatda bildirilib ki, Türkiyə Hərbi Dəniz Qüvvələrinin donanmasında yer alan “TCG Preveze” sualtı qayıqlarının modernləşdirilməsi proqramı çərçivəsində DBDS-P sualtı məlumat yayma sisteminin quraşdırılması, montajı, liman və dəniz sınaqları tamamladıqdan sonra sifarişçiyə təhvil verib.

“TCG Preveze” qayıqlarında sualtı döyüş idarəetmə sistemi ilə komplektləşdirilən DBDS-P sistemi əhəmiyyətli imklara sahibdir.

DBDS-P sistemi sayəsində fasiləsiz məlumat axını ilə təmin ediləcək “Preveze” sinifli sualtı qayıqları əməliyyat tapşırıqlarını effektiv şəkildə yerinə yetirə biləcək.

Qeyd edək ki, DBDS-P sistemi indiyədək Türkiyə Hərbi Dəniz Qüvvələrinin 47 gəmisində istifadəsinə üstünlük verilib və artıq 36 gəmisinə inteqrasiya edilib.

Poliqon.az

CATEGORIES
TAGS