HAVELSAN HHQ-yə “Kartal” AEW&C sistemi tədarük edəcək

HAVELSAN HHQ-yə “Kartal” AEW&C sistemi tədarük edəcək

HAVELSAN şirkəti Türkiyənin Hərbi Hava Qüvvələrinə (HHQ) “Kartal” havadan erkən xəbərdarlıq və nəzarət sistemi tədarük edəcək.

HAVELSAN şirkətindən “Poliqon”a verilən məlumata görə, IDEF-2021 sərgisi çərçivəsində AYESAŞ şirkəti ilə “Kartal” havadan erkən xəbərdarlıq və nəzarət sisteminin (AEW&C) birgə tədarükünə dair müqavilə imzalanıb.

Müqavilə çərçivəsində Türkiyə Hərbi Hava Qüvvələrinə tədarük ediləcək “Kartal” havadan erkən xəbərdarlıq və nəzarət sistemi NATO mənşəli MASE (Multi-AEGIS Site Emulator) sistemləri və HHQ Məlumat Sistemi ilə tam inteqrasiya olunmuş şəkildə işləyəcək.

kartal e1632388925672

Poliqon.az

CATEGORIES
TAGS