HAVELSAN N-219 təyyarəsinin simulyatorunu hazırlayacaq

HAVELSAN N-219 təyyarəsinin simulyatorunu hazırlayacaq

Türkiyənin HAVELSAN şirkəti ilə İndoneziyanın PTDI (PT Dirgantara Indonesia) aviasiya şirkəti arasında N-219 çoxməqsədli təyyarənin simulyatorunun hazırlanmasına dair müqavilə imzalanıb.

“Poliqon” xəbər verir ki, müqaviləni Türkiyədə keçirilən “Teknofest-2021” festivalı çərçivəsində HAVELSAN şirkətinin baş direktoru Mehmet Akif Nacar və “PT Dirgantara Indonesia” aviasiya şirkətinin baş direktoru Elfien Goentoro imzalayıblar.

Müqaviləyə əsasən HAVELSAN və “PT Dirgantara Indonesia” şirkətləri birgə N-219 çoxməqsədli təyyarənin qısa uçuş və eniş (STOL) məşqləri üşün simulyatorunu hazırlayacaq.

Qeyd edək ki, N-219 təyyarəsi 19 nəfər sərnişin daşımaq qabiliyyətnə malikdir. 2 ədəd PT6A-42 turboprop mühərriki ilə təchiz edilən N-219 təyyarəsi sərnişin daşıma ilə yanaşı yük daşımaları, dəniz patrul xidməti və tibbi evakuasiya üçün də istifadə oluna bilir.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS