HAVELSAN şirkəti SAHA EXPO-da “Kapgan” robotunun təqdimatını keçirib

HAVELSAN şirkəti SAHA EXPO-da “Kapgan” robotunun təqdimatını keçirib

Türkiyənin HAVELSAN şirkəti yeni hazırladığı “Kapgan” yerüstü ağır döyüş robotunu İstanbulda keçirilən SAHA EXPO sərgisində ilk dəfə geniş və ətraflı formada nümayiş etdirib.

“Poliqon” xəbər verir ki, “Kapgan” döyüş robotunun təqdimatı Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı İsmail Dəmir və HAVELSAN şirkətinin baş direktoru Mehmet Akif Nacar tərəfindən keçirilib.

HAVELSAN tərəfindən “Kapgan”ın yaradılması ilə bağlı ilk dəfə bu ayın əvvəlində məlumat verilib və şirkət bir neçə gün öncə döyüş robotunun texniki xüsusiyyətlərini açıqlayıb.

“Kapgan” 2 kilometr effektiv mənzilə sahib 30×113 mm-lik silah, naqilli və naqilsiz rabitə sistemi ilə təchiz olunub. Çəkisi 1400 kiloqram olan döyüş robotu 600 kq faydalı yükgötürmə qabiliyyətinə malikdir.

Döyüş robotu istifadəçiyə 5 kilometrə qədər uzaqlıqda olan hədəfləri izləmək və altı saat müddətində əməliyyatı yerinə yetirmək imkanı təmin edir.

“Kapgan” elektrik mühərriklə təchiz olunub ki, bu da döyüş robotuna maksimum 25 km/saat sürətlə hərəkət etmək bacarığı verir.

Poliqon.az

CATEGORIES
TAGS