Müdafiə
Hərbçilərimiz beynəlxalq tədbirlərdə iştirak edirlər

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir.
Bu barədə “AzeriDefence”yə məlumatı Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilib.
Martın 21-dən 25-dək Gürcüstanın Qori şəhərində “Beynəlxalq həftə” tədbiri, Almaniyanın Oberammerqau şəhərində NATO qüvvələrinin qorunması və NATO qərargah zabitləri üçün tanışlıq kursları, martın 21-dən iyunun 9-dək isə Sloveniyanın Nova Qoritsa şəhərində orta səviyyəli ingilis dili kursu keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.




