Müdafiə
Hərbçilərimiz beynəlxalq tədbirlərə qatılıblar

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir.
Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Fevralın 22-dən 26-dək Türkiyənin paytaxtı Ankarada beynəlxalq mikrocərrahiyyə və fevralın 22-dən martın 18-dək Çexiyanın Vişkov şəhərində kiçik komandirlər üçün liderlik kursları keçirilir.
Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edirlər.



