Müdafiə
Hərbçilərimiz Türkiyədə keçirilən kurslarda iştirak edir

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir.
Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri fevralın 23-dən iyulun 23-dək Türkiyənin İstanbul şəhərində Silahlı Qüvvələrin ali komanda və idarəetmə akademik, fevralın 23-dən iyulun 27-dək komandir və qərargah zabitləri üçün keçirilən kurslarda iştirak edəcəklər.



