Hərbi-texniki əməkdaşlıqda texnologiyanın roluna həsr olunmuş panel iclas keçirilib

Hərbi-texniki əməkdaşlıqda texnologiyanın roluna həsr olunmuş panel iclas keçirilib

Bakıda Azərbaycan-Türkiyə İnvestisiya Forumu çərçivəsində “Hərbi-texniki əməkdaşlıqda texnologiyanın rolu” mövzusunda panel iclas keçirilib.

“Poliqon” xəbər verir ki, iclasda müdafiə sənayesi naziri Vüqar Mustafayev, İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyinin sədrinin müşaviri Şahin Əliyev, ANAMA İdarə Heyətinin sədr müavini Samir Poladov, Sumqayıt Texnologiyalar Parkının Baş direktoru Hicran Valehov, “Titra” şirkətinin İdarə Heyətinin sədri Məhəmməd Selman Dönməz, ASELSAN şirkətinin baş direktoru Ahmet Akyol, “Azərsilah Müdafiə Sənayesi Holdinqi” ASC-nin nümayəndəsi Orxan Yusibov müzakirələrdə iştirak ediblər.

Tədbir Milli Aerokosmik Agentliyinin baş direktorunun müavini Fuad Məmmədovun moderatorluğu ilə keçirilib.

İclasda Azərbaycan müdafiə sənayesinin daha da inkişaf etdirilməsi yönündə həyata keçirilən tədbirlər barədə məlumat verilib.

Vurğulanıb ki, tədbir beynəlxalq müstəvidə hərbi-texniki əməkdaşlığın inkişafında, müasir silah və texnologiyaların istehsalçısı olan hərbi sənaye müəssisələrinin, xarici və yerli şirkətlərin arasında işgüzar əlaqələrin qurulmasında əhəmiyyətli rol oynayır. Qeyd olunub ki, dünya ölkələrinin təhlükəsizlik sistemlərinin üzləşdiyi təhdidlər hər bir dövlətin müdafiə qabiliyyətinin gücləndirilməsini, hərbi-texniki sahədə əlaqələrin inkişafını, milli müdafiə sənayesi potensialının artırılmasını zəruri edir. Son illərdə özünün güclü müdafiə sənayesinin yaradılması istiqamətində mühüm nailiyyətlərə imza atan Azərbaycan artıq rəqabətqabiliyyətli, yüksək dəqiqliyə malik müasir hərbi təyinatlı məhsullar istehsal edir, bu sahədə daxili və xarici sifarişləri yerinə yetirir.

Paneldə müdafiə sənayesində texnologiya və bu sahədə investisiya imkanları, silahlı qüvvələrin maddi-texniki təminatında idxaldan asılılığın azaldılması mövzularında müzakirələr aparılıb, təkliflər səsləndirilib.

Vuqar Mustafayev e1703172298598

CATEGORIES