HHM bölmələrində döyüş atışları icra olunub – VİDEO

HHM bölmələrində döyüş atışları icra olunub – VİDEO

Hərbi Hava Qüvvələrinin (HHQ) Hava Hücumundan Müdafiə (HHM) bölmələrində sutkaboyu fasiləsiz olaraq xidmət aparılır, Azərbaycanın hava məkanı daima izlənilir və müvafiq tədbirlər görülür.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, 2023-cü ilin hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə (HHM) bölmələrində döyüş atışları icra edilib.

Atış çalışmalarında döyüş heyətləri tərəfindən “İldırım 8-ER” ZRK-nin start mövqeyinə çıxarılması və döyüş tətbiqinə hazırlanması, eləcə də şərti düşmən tərəfindən atılan ballistik raketin aşkar olunaraq məhv edilməsi üzrə tapşırıqlar uğurla yerinə yetirilib.

Atışların keçirilməsində əsas diqqət şəxsi heyətin raket əleyhinə müdafiə qabiliyyətli zenit-raket komplekslərini (ZRK) idarəetmə bacarıqlarının artırılmasına, heyətlər arasında qarşılıqlı əlaqənin təkmilləşdirilməsinə və bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsinə yönəldilib.

CATEGORIES
TAGS