MüdafiəXəbərlər

HHQ və XTQ komandanları təltif olunub

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bir qrup hərbi qulluqçunu təltif edib.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyindən məlumat verilib.

General-polkovnik Z.Həsənovun müvafiq əmrinə əsasən müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin Komandanı, Vətən Müharibəsi Qəhrəmanı general-leytenant Namiq İslamzadə fəxri fərman, Xüsusi Təyinatlı Qüvvələrin komandanı, Vətən Müharibəsi Qəhrəmanı general-mayor Ələkbər Cahangirov isə “Hərbi xidmətdə fərqlənməyə görə” 2-ci dərəcəli medalı ilə təltif olunublar.

955918ec71e5aaffc13409854038e2a0 e1783507276500

Back to top button