Hikmət Mirzəyev Ankarada Türkiyə Quru Qoşunlarının komandanı ilə görüşüb – YENİLƏNİB

Hikmət Mirzəyev Ankarada Türkiyə Quru Qoşunlarının komandanı ilə görüşüb – YENİLƏNİB

Yanvarın 24-də Azərbaycan müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-polkovnik Hikmət Mirzəyev Türkiyəyə rəsmi səfər edib.

Azərbaycan Müdafiə Nazirliyindən “Poliqon”a verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlu ilə görüşüb.

Görüşdə qardaş ölkə ilə hərbi sahədə əməkdaşlığın cari vəziyyətindən məmnunluq ifadə edilib. Azərbaycan-Türkiyə tərəfdaşlığının regional təhlükəsizliyə verdiyi töhfələrdən və bunun mümkün inkişaf perspektivlərindən danışılıb.

Görüş zamanı tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.

***

Azərbaycan Müdafiə nazirinin müavini – Quru Qoşunlarının komandanı general-polkovnik Hikmət Mirzeyev Ankarada Türkiyə Quru Qoşunlarının komandanı ordu generalı Selçuk Bayraktaroğlu ilə görüşüb.

Bu barədə “Poliqon” Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən xəbər verib.

CATEGORIES
TAGS