Hindistan Ermənistana silah sistemləri ixrac edəcək

Hindistan Ermənistana silah sistemləri ixrac edəcək

2022-ci il sentyabr ayının əvvəlində Hindistan və Ermənistan arasında müxtəlif silah sistemlərinin tədarük edilməsi ilə bağlı müqavilə imzalanıb.

“Poliqon” “The Economic Times” nəşrinə istinadən xəbər verir ki, müqavilənin tam dəyəri və şərtləri açıqlanmasa da, qarşıdakı aylarda Ermənistana təxminan 2000 krore (20 milyard rupi – 245 milyon ABŞ dolları) dəyərində tank əleyhinə raket, müxtəlif tipli sursat və silah sistemləri tədarük ediləcək.

Bildirilib ki, bunların arasında Müdafiə Tədqiqatları və İnkişafı Təşkilatı (Defence Research and Development Organisation – DRDO) tərəfindən hazırlanan və hazırda Hindistan Ordusunun xidmətində olan “Pinaka” yaylım atəşli reaktiv sistem (YARS) də yer alır. “Pinaka” YARS-ın tədarük olunması halında Ermənistan bu sistemin ilk xarici istifadəçisi olacaq.

Qeyd edək ki, Hindistan Ordusu da yaxın zamanlarda DRDO-ya əlavə 6 ədəd “Pinaka” sifarişi verib. Bundan başqa DRDO sistemin artırılmış mənzilə malik olan raketlərinin sınaqlarını da davam etdirir.

Poliqon.az

CATEGORIES
TAGS