Hindistan Fransadan istismardan çıxarılan “Mirage-2000” qırıcılarını alır

Hindistan Fransadan istismardan çıxarılan “Mirage-2000” qırıcılarını alır

Hindistan Hərbi Hava Qüvvələri (HHQ) “Mirage-2000” qırıcılarının xidmət müddətini müxtəlif üsullarla uzatmağa çalışır. Buna görə də, ehtiyat hissələri kimi istifadə etməkdən ötrü Fransadan istismardan çıxarılan “Mirage-2000” təyyarələrini alır.

“Poliqon” “First Post” portalına istinadən xəbər verir ki, məbləği 27 milyon avro olan satınalma müqaviləsi ilə 24 ədəd qırıcının alınması nəzərdə tutulub.

Bildirilir ki, onlardan 8 ədədi hələ də uçuş vəziyyətindədir. Hindistan HHQ silahlanmadakı 50 ədəd “Vajra” (Hindistanda “Mirage-2000” qırıcıları belə adlanır) texniki vəziyyətini yaxşılaşdırmaq üçün satın alınan qırıcıları “sökmək” niyyətindədir.

Xatırladaq ki, Hindistan Pakistanın ABŞ-ın “Lockheed Martin” şirkətindən F-16 qırıcılarını almasına cavab olaraq 1982-ci ildə Fransaya 36 ədəd tək və 4 ədəd cüt yerli “Mirage-2000” qırıcısı sifariş verib. 2004-cü ildə Hindistan HHQ daha 10 ədəd təyyarənin əlavə tədarükünü sifariş edib. 2011-ci ildə isə “Mirage-2000” təyyarələrinin xidmət müddətini 2030-cu ilə qədər artırmaqdan məqsədi ilə “Mirage 2000-5” Mk səviyyəsinə qədər təkmilləşdirməkdən ötrü başqa bir müqavilə imzalanıb.

Bunlarla yanaşı, hazırda Hindistan HHQ ehtiyat hissələrinin kəskin çatışmazlığını dövrünü yaşayır və imzalanmış yeni müqavilə artıq Fransadan istismardan çıxarılmış təyyarələrin alınması barədə ikinci müqavilədir.

Qeyd edək ki, “Mirage-2000” (“Dassault Mirage 2000”) 1970-ci illərin sonlarında “Dassault Aviation” (“Dasso”) şirkəti tərəfindən Fransa HHQ üçün “Mirage III” təyyarəsini əvəz etmək üçün yüngül qırıcı təyyarə olaraq hazırlanıb. 1978-2007-ci illər arasında 10 müxtəlif modifikasiyada 614 ədəd təyyarə istehsal edilib və daxili ehtiyaclardan başqa 9 ölkəyə ixrac olunub.

mirage1

Hindistan HHQ “Mirage-2000” təyyarəsi

Mirage2

Fransa HHQ “Mirage-2000” təyyarəsi

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS