Niderland ABŞ-dan JASSM-ER raketləri alır

Niderland ABŞ-dan JASSM-ER raketləri alır

ABŞ və Niderland arasında JASSM-ER raketlərinin tədarükünə dair saziş imzalanıb.

Bu barədə “Poliqon” ABŞ-ın “Lockheed Martin” korporasiyasına istinadən xəbər verib.

Bildirilib ki, ABŞ və Niderland hökumətləri “Lockheed Martin” istehsalı JASSM-ER-ləri almaq üçün Təklif və Qəbul Məktubunu (LoA) rəsmiləşdiriblər.

Bu müqavilə ilə Niderland JASSM raketlərinin beşinci beynəlxalq müştərisi olub.

CATEGORIES
TAGS