
Türkiyə İxracatçılar Məclisi (TİM) 2026-cı ilin avqust ayı üzrə müdafiə və aviasiya sənayesi sektorunun ixrac göstəricilərini açıqlayıb.
“Poliqon”un TİM-ə istinadən verdiyi xəbərə görə, Türkiyənin müdafiə və aviasiya sənayesi şirkətləri 2026-cı ilin avqust ayında ümumilikdə 511,3 milyon ABŞ dolları dəyərində məhsul ixrac ediblər.
Məlumata əsasən, sektorun ixrac həcmi ötən ilin eyni ayı ilə müqayisədə azalıb. Belə ki, 2025-ci ilin avqust ayında müdafiə və aviasiya sənayesinin ixracı 833,8 milyon ABŞ dolları təşkil etdiyi halda, cari ilin avqustunda bu göstəricidə 38,7% azalma müşahidə olunub.
Bununla yanaşı, 2026-cı ilin yanvar-avqust ayları ərzində Türkiyənin müdafiə və aviasiya sənayesi sektorunun ümumi ixracı 6.2 milyard ABŞ dolları təşkil edib.





