Hindistanda “Akash” ZRK-nin sınaqları keçirilib

Hindistanda “Akash” ZRK-nin sınaqları keçirilib

Hindistan Hərbi Hava Qüvvələri (HHQ) “Akash” zenit-raket kompleksi (ZRK) ilə atış sınaqları həyata keçirib.

Bu barədə “Poliqon” Hindistanın Müdafiə Araşdırma və İnkişaf Təşkilatına (DRDO) istinadən xəbər verib.

Bildirilib ki, sınaq zamanı “Akash” ZRK 25 kilometr məsafədəki dörd hava hədəfini eyni vaxtda məhv etməyi bacarıb.

Həmçinin bax: Hindistan Ermənistana “Akash” ZRK-ləri tədarük edir

CATEGORIES
TAGS