“Icarus Aerospace” şirkəti yeni çoxməqsədli döyüş təyyarəsini təqdim edib

“Icarus Aerospace” şirkəti yeni çoxməqsədli döyüş təyyarəsini təqdim edib

Kanadanın “Icarus Aerospace” şirkəti “TAV™ -Tactical Air Vehicle” adlı çoxməqsədli döyüş təyyarəsini təqdim edib.

Bu barədə Azeri Defence saytı “Icarus Aerospace” şirkətinin mətbuat xidmətinə istinadən məlumat verib. Silahlı Qüvvələrin və təhlükəsizlik qüvvələrinin ehtiyaclarını qarşılamaq məqsədilə hazırlanan TAV iki turboprop mühərriki ilə komplektləşdirilib.

TAV təyyarəsinin baza konfiqurasiyası sensorlu və rabitə mərkəzli avionika ilə təchiz edilib. Tandem kokpitli təyyarə iki pilot üçün nəzərdə tutulub. Uçuş şəkisi 8000 funt ağırlığında olan təyyarənin yüklü halda maksimum uçuş müddəti 6 saat təşkil edir.

Şirkət mütəxəssislərinin sözlərinə görə, yüngül TAV təyyarəsinin istəyə bağlı olaraq pilotlu və ya pilotsuz (OPV / UCAV) istifadəsi mümkündür.

TAV yaxın hava dəstəyi, dəniz və sahil patrulu, o cümlədən sualtı qayıqlara qarşı mübarizə və kəşfiyyat-müşahidə əməliyyatları daxil olmaqla müxtəlif missiyalar üçün istifadə oluna bilər.

Icarus Iteration 4 Render 9 1536x864 1 e1597223690953

 

 

 

 

CATEGORIES
TAGS