İHA-230 səsdən sürətli ballistik raketinin “Akıncı” PUA-dan növbəti atışları həyata keçirilib – VİDEO

İHA-230 səsdən sürətli ballistik raketinin “Akıncı” PUA-dan növbəti atışları həyata keçirilib – VİDEO

İHA-230 səsdən sürətli ballistik raketinin “Akıncı” pilotsuz uçuş aparatından (PUA) növbəti atış sınaqları yerinə yetirilib.

“Poliqon” “Roketsan” şirkətinə istinadən xəbər verir ki, sınaq zamanı “Akıncı” PUA-dan iki İHA-230 raketi atılıb və hədəflər dəqiqliklə məhv edilib.

“Roketsan” şirkətinin hazırladığı İHA-230, PUA-lardan atılmaq üçün nəzərdə tutulan “hava-yer” tipli səsdən sürətli ballistik raketdir. O, şirkət istehsalı olan TRG-230 “yer-yer” təyinatlı raketin aviasiya vasitələrindən atılması üçün hazırlanan versiyasıdır. İHA-230 raketinin inkişaf etdirilməsində əsas məqsəd PUA-ların təhlükəli zonaya girmədən düşmənin yerüstü hədəflərini, hava hücumundan müdafiə sistemlərini və digər obyektlərini məhv edə bilməsidir.

CATEGORIES
TAGS