İl-76 təyyarəsi “aviadaşıyıcı” olacaq
Rusiyanın “Kronştad” şirkəti İl-76 təyyarəsinin bazasında “Molniya” pilotsuz uçuş aparatlarının (PUA) “aviadaşıyıcısı”nı yaratmağı düşünür.
“Polkiqon” Rusiya mətbuatına istinadən xəbər verir ki, əsas ideya ondan ibarətdir ki, PUA-lar havadan start götürəcək.
Hazırda “Kronştad” şirkəti “Molniya” PUA sürü sisteminin eskiz layihələndirilməsi üzrə keçiriləcək müsabiqəyə hazırlaşır.
Qeyd edək ki, hələlik Rusiya Müdafiə Nazirliyi “Molniya” PUA sürü sistemi üzrə taktiki-texniki tapşırıqları hazırlamayıb.
Əhəd Əzizov
CATEGORIES Xəbərlər