İlham Əliyev Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror aktının qarşısının alınmasında iştirak edən şəxsləri təltif edib

İlham Əliyev Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror aktının qarşısının alınmasında iştirak edən şəxsləri təltif edib

Prezident İlham Əliyev Azərbaycanın İrandakı Səfirliyinə qarşı törədilmiş terror aktının qarşısının alınmasında iştirak etmiş şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

“Poliqon” xəbər verir ki, Sərəncama əsasən, 2023-cü il yanvarın 27-də Azərbaycanın İrandakı Səfirliyinə qarşı törədilmiş terror aktının qarşısının alınması zamanı həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu yerinə yetirərkən mərd və qətiyyətli hərəkətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:

1-ci dərəcəli “Rəşadət” ordeni ilə:

  • Tağıyev Vasif Natiq oğlu

“Vətən uğrunda” medalı ilə:

  • Əsgərov Orxan Rizvan oğlu (ölümündən sonra)
  • İmanov Mahir Kamil oğlu.

Poliqon.az

CATEGORIES