
İlham Əliyev: Ərazilərimizin minalardan təmizlənməsi üçün ən müasir avadanlıq, o cümlədən dronlar alınıb
İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi çox çətin və uzunmüddətli prosesdir.
“Poliqon” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışında deyib.
Dövlət başçısı bunun üçün Azərbaycan Minatəmizləmə Agentliyinin əməkdaşlarının sayının artırıldığını, ən müasir avadanlığın, o cümlədən dronların alındığını deyib.
Türkiyənin bir qrup mütəxəssisinin minatəmizləmə əməliyyatlarında iştirak etdiyini bildirən Prezident İlham Əliyev bu sahədə daha geniş beynəlxalq əməkdaşlığa ehtiyac olduğunu diqqətə çatdırıb.
CATEGORIES Xəbərlər