İlham Əliyev Gürcüstanın müdafiə nazirini qəbul edib – YENİLƏNİB

İlham Əliyev Gürcüstanın müdafiə nazirini qəbul edib – YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 24-də Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladzeni qəbul edib.

“Poliqon” xəbər verir ki, görüşdə hər iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə uğurla inkişaf etdiyi vurğulanıb.

Bu ilin aprelində Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Azərbaycana səfəri xatırlanıb, səfər zamanı əlaqələrin daha da genişləndirilməsi ilə bağlı səmərəli müzakirələrin aparıldığı qeyd olunub.

Azərbaycan dövlətinin başçısı və Gürcüstanın müdafiə naziri hər iki ölkə arasında əməkdaşlığın perspektivlərini, regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.

***

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 24-də Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladzeni qəbul edib.

“Poliqon” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin rəsmi saytında məlumat yer alıb.

Poliqon.az

CATEGORIES