İlham Əliyev: İranın polis və təhlükəsizlik qüvvələri tərəfindən hər hansı ciddi tədbir görülməyib

İlham Əliyev: İranın polis və təhlükəsizlik qüvvələri tərəfindən hər hansı ciddi tədbir görülməyib

Azərbaycanın İrandakı səfirliyinin mühafizə əməkdaşının qəhrəmanlığı nəticəsində terrorçu zərərsizləşdirilib və bununla da silahlı şəxsin səfirliyin başqa əməkdaşlarına və onların ailə üzvlərinə hücumunun qarşısının alınıb.

“Poliqon” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 1-də Türkiyənin milli təhsil naziri Mahmut Özeri və Türkiyə Böyük Millət Məclisinin (TBMM) bir qrup üzvünü videokonfrans formatında qəbul edərkən deyib.

Dövlət başçısı hazırda Azərbaycan tərəfindən bu terror aktının hərtərəfli şəkildə araşdırıldığını diqqətə çatdırıb.

Prezident İlham Əliyev bildirib ki, həmin şəxsin Azərbaycan səfirliyinin binasında törətdiyi terror hadisəsi prosesinin xeyli vaxt çəkməsinə baxmayaraq, İranın polis və təhlükəsizlik qüvvələri tərəfindən hər hansı ciddi tədbir görülməyib.

Poliqon.az

CATEGORIES
TAGS