İlham Əliyev: “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində təmin edilib
Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq təmin edilib.
“Poliqon” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı deyib.
Azərbaycan Prezidenti vurğulayıb ki, məqsəd hərəkətin məhdudlaşdırılması deyil, əksinə nəzarətin təmin edilməsidir və artıq bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir.
CATEGORIES Xəbərlər
TAGS Manşet