İndoneziya Rusiya qırıcılarını almaqdan imtina edib

İndoneziya Rusiya qırıcılarını almaqdan imtina edib

İndoneziya Hərbi Hava Qüvvələrinin (HHQ) qərargahı Rusiya qırıcılarını almaqdan imtina edib.

“Poliqon” İndoneziya Hərbi Hava Qüvvələrinin mətbuat xidmətinə istinadən xəbər verir ki, İndoneziya Rusiyanın Su-35 qırıcılarının əvəzinə ABŞ-ın F-15EX “Eagle II” və Fransanın “Rafale” təyyarələrini almağı planlaşdırıb.

HHQ qərargahından bildiriblər ki, bu seçim İndoneziya Müdafiə Nazirliyi ilə razılaşdırılıb. HHQ üçün yeni “Boeing” F-15EX “Eagle II” və ya “Dassault Rafale” qırıcılarının iki və ya üç eskadrilyasının alınması planlaşdırılır. Satınalmaların həcminin büdcədən asılı olacağı bildirilib.

Yeni qırıcılar F-16C/D “Fighting Falcon” və Su-27/30 qırıcılarından ibarət aviaparka əlavə ediləcək.

Bundan başqa, İndoneziya Cənubi Koreya ilə birgə həyata keçirilən KF-21/IF-X inkişaf proqramına yenidən qayıdıb.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS