İordaniya “Haşim” qumbaraatanlarının istehsalına hazırlaşır

İordaniyada RPQ-32 “Haşim” qumbaraatanlarını istehsal edəcək zavodun açılışı 2012-ci ilin may ayına nəzərdə tutulub. Rusiya ilə birgə qurulan zavodun illik layihə gücü 60 min qumbaraatan təşkil edəcək.

Qeyd edək ki, Kral II Abdullahın Layihə Bürosu (KADDB) və “Rosoboroneksport” şirkəti arasında Rusiyada komplektləşdirilən “Haşim” qumbaraatanının İordaniyada istehsalına başlanılmasına dair müqavilə imzalanıb.

RPQ-32 “Haşim” İordaniyanın texniki tapşırığı üzrə Rusiyanın “Bazalt” Səhmdar Cəmiyyətində yaradılıb. Bu bütün yerli və xarici analoqları üstələyən unikal silah və dünyada ilk multikalibr qumbaraatan hesab olunur. “Haşim” RPQ-26-ı və RPQ-27 əsasında hazırlanıb. Tam təchiz edilmiş halda qumbaraatanın çəkisi 10 kiloqramdır (nişanhah və işəsalma qurğusu – 3 kq, raket – 7 kq). “Haşim”in raketləri termobarik və tandem döyüş başlıqları ilə təchiz edilib.

CATEGORIES