İran “Bavar 373” ZRK-nin təkmilləşdirilmiş versiyasını təqdim edib
İran Müdafiə Nazirliyi yerli istehsal olan “Bavar 373” zenit-raket kompleksinin (ZRK) təkmilləşdirilmiş versiyasını təqdim edib.
“Poliqon” “Tasnim”ə istinadən xəbər verir ki, “Bavar 373-II” adlanan yeni ZRK İran Müdafiə Nazirliyinin raketləri sərgisində nümayiş olunub.
ZRK-nin təkmilləşdirilmiş versiyasındakı buraxılış qurğuları hədəflərin aşkarlanmasını və izlənilməsini, eləcə də atəşə nəzarəti təmin edən ayrı-ayrı radar dəstləri ilə təchiz edilib ki, bu da hər bir buraxılış qurğusunun mərkəzi radar olmadığı hallarda belə müstəqil şəkildə işləməsinə şərait yaradır.
“Bavar 373”ün ilkin versiyasında aşkarlama məsafəsi 320 km, izləmə məsafəsi 260 km və raketlərin uçuş məsafəsi 200 km idi.
“Səyyad 4B” raketlərinin tətbiqindən sonra “Bavar 373-II” ZRK-nin hədəfi vurma məsafəsi 300 km-ə qədər artırılıb. O, eyni vaxtda 60 hədəfi izləyə və 6 hədəfi vura bilir.