Azərbaycan HHQ üçün istehsal edilən C-27J “Spartan” təyyarəsinin fotogörüntüsü yayılıb
İtaliyanın “Leonardo” şirkəti tərəfindən Azərbaycan Hərbi Hava Qüvvələri üçün istehsal edilən C-27J “Spartan” hərbi nəqliyyat təyyarəsinin fotogörüntüsü yayılıb.
“Poliqon” xəbər verir ki, fotoqraf Alberto Cucini Azərbaycan HHQ-yə məxsus C-27J “Spartan” təyyarəsinin fotosunu çəkərək “jetphotos.com” saytına yerləşdirib.
Fotogörüntüyə əsasən onu demək olar ki, hazırda C-27J “Spartan”ın ya zavod tərəfindən yerinə yetirilən sınaqları baş tutur, ya da təyyarəni idarə edəcək Azərbaycan HHQ-nin hərbi pilotlarına təlimlər keçirilir.
Xatırladaq ki, ötən ilin iyun ayında Azərbaycan Müdafiə Nazirliyi və “Leonardo” şirkəti arasında C-27J “Spartan” təyyarələrinin tədarükünü nəzərdə tutan müqavilə imzalanıb.