İran HDQ-nin komandanı hərbi institut və “N” hərbi hissəsində olub

İran HDQ-nin komandanı hərbi institut və “N” hərbi hissəsində olub

Ölkədə səfərdə olan İran Ordusunun Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı kontr-admiral Şəhram İraninin rəhbərlik etdiyi nümayəndə heyəti Heydər Əliyev adına Hərbi İnstitutu və Azərbaycan HDQ-nin “N” hərbi hissəsini ziyarət edib.

“Poliqon” Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, hərbi instituta gələn nümayəndə heyətinə institutun yaranma tarixi və fəaliyyəti ilə bağlı brifinq təqdim olunub.

Müxtəlif kafedralar və kursantların tədris prosesi ilə tanışlıqdan sonra iranlı nümayəndələrə HDQ-nin “N” hərbi hissəsində şəxsi heyətlə keçirilən döyüş hazırlığı tədbirləri barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

CATEGORIES