Xəbərlər

İran HDQ üçün yerli hoverkraftlar istehsal edir

İran mütəxəssisləri tərəfindən Hərbi Dəniz Qüvvələrinin ehtiyaclarını qarşılamaq məqsədilə hava yastıqlı katerlər (İng. Hovercraft – Hoverkraft) istehsal edilib.

“Poliqon”un İran mediasına istinadən verdiyi məlumata görə, bunu Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Hüseyn Xanzadi deyib.

Komandan bildirib ki, İran mütəxəssislərinin milli imkanlar hesabına dizayn və inşa etdiyi hoverkraftların ilk partiyası martın 21-də HDQ-nin inventarına daxil ediləcək.

Back to top button