İran koronavirusu müəyyən edən elektro optik termal kamera hazırlayıb

İran koronavirusu müəyyən edən elektro optik termal kamera hazırlayıb

İranın İslam İnqilabı Keşişçiləri Korpusunun mütəxəssisləri yeni elektro optik termal kamera hazırlayıblar.

Bu barədə “AzeriDefence” “Fars” xəbər agentliyinə istinadən məlumat verib.

Yeni koronavirus (COVID-19) pandemiyası ilə mübarizə aparmaq məqsədilə hazırlanan elektro optik termal kamera virusa yoluxan xəstələrin əlamətlərindən biri olan bədən istiliyini məsafədən təyin edir.

Süni intellekt qabiliyyətinə sahib olan “CT-Scan” adlı cihaz insanların çoxluq təşkil etiyi yerlərdə koronavirus hallarının aşkarlanmasında istifadə ediləcəkdir.

 

CATEGORIES
TAGS