SərgilərXəbərlər

İran “Mohajer-10” pilotsuz uçuş aparatını “Army-2024”də nümayiş etdirir

İran “Mohajer-10” pilotsuz uçuş aparatını (PUA) ölkə xaricində ilk dəfə Rusiyanın Moskva şəhərində keçirilən “Army-2024” sərgisində nümayiş etdirir.

“Poliqon” IRNA-ya istinadən xəbər verir ki, sərgidə “Mohajer-10”dan əlavə, İran müdafiə sənayesinin istehsal etdiyi hava hücumundan müdafiə sistemləri, raketlər, radarlar, elektron döyüş vasitləri, PUA-lar və digər silah sistemləri də təqdim olunur.

“Mohajer-10” pilotsuz uçuş aparatı 7000 metr yüksəklikdə 2000 kilometr məsafəyə uça bilir və 24 saat uçuş imkanına malikdir. Yerli mütəxəssislər tərəfindən istehsal edilən “Mohajer-10” PUA-nın 450 litr yanacaq daşımaq qabiliyyəti var. PUA-nın maksimum yük çəkisi 300 kiloqramdır.

Maksimum sürəti saatda 210 kilometr olan “Mohajer-10” pilotsuz uçuş aparatı “Qaem”, “Almas” və “Dastvareh” aviasiya bombaları daxil olmaqla, yüksək dəqiqliyə malik müxtəlif ağıllı bombalar, habelə elektron döyüş avadanlıqları və kəşfiyyat sistemləri ilə təchiz edilib.

Back to top button