İran və Ermənistan gizli silah müqaviləsi imzalayıb

İran və Ermənistan gizli silah müqaviləsi imzalayıb

İran və Ermənistan arasında 500 milyon ABŞ dolları dəyərində gizli silah müqaviləsi imzalanıb.

“Poliqon”un xəbərinə görə, bu barədə “Iran International”a Yaxın Şərqdə yüksək rütbəli hərbi məmur olan gizli mənbə məlumat verib.

Qeyd edilib ki, bu müqavilə rəsmi Bakının qəzəbinə səbəb ola bilər.

Müqavilə çərçivəsində Tehran İrəvana kamikadze tipli pilotsuz uçuş aparatları (PUA) tədarük edəcək. Bunlar arasında “Shahed 136”, “Shahed 129”, “Shahed 197” və “Mohajer” kimi PUA-lar yer alıb.

Həmçinin müqaviləyə əsasən, İran Ermənistana “Khordad-3”, “Məcid”, “Khordad” və “Arman” hava hücumundan müdafiə sistemləri verəcək.

Mənbə bildirib ki, Tehran və İrəvan arasında son aylarda bir neçə silah müqaviləsi imzalanıb. Ancaq bunlarla bağlı indiyədək heç bir məlumat dərc olunmayıb.

CATEGORIES
TAGS