Xəbərlər

İran yeni radar sistemini istifadəyə verib

İranın Müdafiə Sənayesi Kompleksi tərfəfindən hazırlanan uzun mənzilli “Qüds” radarı İslam İnqilabı Keşikçiləri Korpusunun Hava Hücumundan Müdafiə Qüvvələrinin silahlanmasına qəbul edilib.

“Poliqon” “Fars” xəbər agentliyinə istinadən xəbər verir ki, “Qüds” radarı ilk dəfə İranın “Vilayət Göyünün Qoruyucuları-1400” hərbi təlimində sınaqdan keçirilib.

Bildirilib ki, “Qüds” radar sistemi 500 kilometr uzaqlıqda və 90 000 futdan (27 432 metrdən) çox yüksəklikdəki hədəfləri aşkar edə bilir. Mobil daşınma imkanına malik radardan elektron müharibədə də istifadə edilə bilər.

Poliqon.az

Back to top button