
İran Hərbi Dəniz Qüvvələri üçün yeni torpaların istehsalına başlayıb.
“AzeriDefence”nin yerli mediaya istinadən verdiyi məlumatına görə, bu açıqlamanı İranın müdafiə naziri Hüseyn Dehqan verib.
O deyib ki, ölkəsi dənizdə imkan və gücünü artırmağa çalışır və bu səbəbdən də bu qoşun növünün silahlanmasına xüsusi diqqət ayıracaq.
Məlumatda o da qeyd olunub ki, “Valfajr” tipli torpedaların müdafiə nazirinin iştirakı ilə təqdimatı da keçirilib.
Yeni torpedanın çapı 533 mm, sürəti 100 metr/saniyədir.





