İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq və narkotik vasi­tələrin qanunsuz dövriy­­­yəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

DSX-nin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, avqustun 12-də saat 14:30-da Dövlət Sərhəd Xidmətinin “Göytəpə” sərhəd dəstəsinin İmişli rayonunun Çaxırlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən dövlət sərhədinin İrandan Azərbaycan istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilib.

Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılmış, ərazi qapadılıb. Keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində dövlət sərhəd xətti yaxınlığında sahibsiz halda gizlədilmiş 1 kisədə 8 ədəd bağlamada, ümumi çəkisi təxminən 16 kq 675 qram narkotik vasitəyə bənzər maddələr (3 kq 170 qram “tiryək”, 13 kq 505 qram “marixuana”) aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Poliqon.az

CATEGORIES
TAGS