İrandan Azərbaycana narkotik keçirməyə çalışan dəstə üzvləri saxlanılıb

İrandan Azərbaycana narkotik keçirməyə çalışan dəstə üzvləri saxlanılıb

Mart ayının 5-də saat 23:45-də Dövlət Sərhəd Xidməti (DSX) və Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının keçirdiyi birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Füzuli rayonunun Qazaxlar kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində “Honda” markalı, 44-BV-887 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi şübhə doğurduğu üçün saxlanılıb.

DSX-nin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, araşdırma zamanı saxlanılan şəxslərin Şəki rayon sakinləri 1985-ci il təvəllüdlü Əliyev Famil Səfər oğlu və 1989-cu il təvəllüdlü Məmmədov Elçin Ramiz oğlu olmaları müəyyən edilib, avtomobilə baxış keçirilərkən bağlamalarda ümumi çəkisi 83 kiloqram narkotik vasitəyə bənzər maddə (69 kiloqram marixuana, 14 kiloqram tiryək və metamfetamin) aşkar olunub.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Poliqon.az

CATEGORIES