Xəbərlər

İranın aviasiya bazasında qəza zamanı iki pilot ölüb

İranın Xuzistan əyalətinin Dezful şəhərindəki aviasiya bazasında F-5 döyüş təyyarəsində yaranan texniki nasazlıq nəticəsində iki pilot ölüb.

“Poliqon” İran mediasına istinadən xəbər verir ki, F-5 döyüş təyyarəsini uçuşa hazırlayan pilotların anqarda təyyarəyə baxışı zamanı texniki nasazlıq səbəbindən katapult aktivləşib.

Hadisə nəticəsində polkovnik Kianuş Basati və mayor Hüseyin Namli ankarın tavanına çırpılaraq həlak olublar.

Poliqon.az

Back to top button