Xəbərlər
İranın hərbi aviasiya parkında yer alan təyyarə və helikopterlər təmir edilib

İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin müdafiə sənayesi kompleksində Silahlı Qüvvələrin aviasiya parkında yer alan döyüş təyyarələri, döyüş helikopteri və hərbi nəqliyyat helikopterləri təmir edilib.
Bu barədə “Poliqon” “Fars” xəbər agentliyinə istinadən məlumat verib.
Müdafiə və silahlı qüvvələrə dəstək naziri general Əmir Hatəmini iştirakı ilə keçirilən mərasimdə 9 ədəd hərbi təyyarə, 10 ədəd hərbi helikopter və onlarla mühərrik Silahlı Qüvvələrə təhvil edilib.





