İranın əsaslı təmir edilən “Dəmavənd” destroyeri Xəzər dənizində xidmət göstərəcək
İran Hərbi Dəniz Qüvvələrinin (HDQ) Şimal Donanması əsaslı təmir edilən “Dəmavənd” destroyerini yaxın vaxtlarda xidmətə təhvil alacaq.
Bu barədə “Poliqon” “Fars” xəbər agentliyinə istinadən məlumat verib.
Məlumatda bildirilib ki, sözügedən “Dəmavənd” destroyeri 2017-ci ildə Xəzər dənizindəki Ənzəli limanına daxil olarkən şərq dalğaqırana çırpılıb və qəzaya uğrayıb. İran mühəndislər tərəfindən 6 il müddətində əsaslı təmir edilən “Dəmavənd” destroyeri nəhayət xidmətə hazır vəziyyətə gətitirlib.
“Moudge” sinifinin ikinci döyüş gəmisi olan “Dəmavənd” destroyeri tamamilə İran tərəfindən inşa edilib. O, elektron döyüş vasitələri, gəmi əleyhinə raketlər, “yer-hava” tipli raketlər, torpedalar, hava hücumundan müdafiə sistemləri ilə silahlandırıla və hərbi helikopterləri daşıya bilər.