İranlı general: “Fəttah”ın növbəti versiyası 2000 kilometr mənzilə malik olacaq

İranlı general: “Fəttah”ın növbəti versiyası 2000 kilometr mənzilə malik olacaq

İran istehsalı olan “Fəttah” hipersəsli ballistik raketinin növbəti versiyası 2000 kilometr mənzilə malik olacaq.

“Poliqon”un “Tasnim” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin komandanı briqada generalı Əmir Əli Hacızadə söyləyib.

Qeyd edək ki, SEPAH-ın Aerokosmik Qüvvələri tərəfindən hazırlanan “Fəttah” hipersəsli ballistik raketinin təqdimat mərasimi iyun ayının 6-da keçirilib.

1400 kilometr mənzilə malik olan “Fəttah” raketi düşmənin bütün hava hücumundan müdafiə sistemlərini keçməyə və həmin kompleksləri məhv etməyə qadirdir.

İran rəsmilərinin sözlərinə görə, “Fəttah” Yer atmosferinin altında və üstündə 13 Mach sürətlə manevr etmək bacarığına sahibdir.

Poliqon.az

CATEGORIES
TAGS